İlmə-ilmə nəsildən-nəsilə ötürülən qədim sənət- xalçaçılıq

A- A A+

Azərbaycan xalq tətbiqi sənətinin ta qədimdən ən geniş yayılmış növü xalqımızın məişətində özünə möhkəm yer tutmuş xalçaçılıqdır. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar bu gün də yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşəmələrdə istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Xalçaçılıq ənənələri nənələrimizin yaddaşında ilmə-ilmə, hana-hana nəsildən-nəslə ötürülərək bugünümüzə gəlib çatıb. Xalq ustalarının işlərində bu sənət bu gün də yeni çalarları ilə yaşamaqdadır.

Dövlət qayğısı və himayəsi ilə respublikamızda xalq tətbiqi sənət sahələrindən biri olan xalçaçılığın müasir vəziyyəti, perspektivləri və bu istiqamətdə aparılan işlər muxtar respublikamızda da bu sənət ənənələrinin öyrənilməsini və tətbiqini gündəmə gətirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş «2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi texniki-peşə təhsili müəssisələrinin fəaliyyətini daha da genişləndirib. 

Bu məqsədlə Şərur Texniki-Peşə və Sürücülük Məktəbində «Xalçaçı» peşəsi üzrə kurs fəaliyyət göstərir. Hazırda kursda 10 nəfər təhsil alır. Təhsil müddətində müdavimlər həm nəzəri, həm də praktik metodlarla cəlb olunduqları peşənin sirlərinə yiyələnirlər. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat verilir. 


Mehman Məmmədov
“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: