Uşaqlar tamaşa izləyiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan 220 uşağa Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin ifasında “Siçanlar və pişiklər”, Sədərək rayonunda isə eyni kateqoriyadan olan 220 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Qırmızı papaq” tamaşası təqdim olunub. 

Qeyd edək ki, hər iki tədbir 20 noyabr - Ümumdünya Uşaq Günü ilə əlaqədar Şahbuz və Sədərək rayonlarının icra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib. 

Keçirilən tədbirlərdə muxtar respublikada azyaşlılara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlətin göstərdiyi qayğı diqqətə çatdırılıb.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: