Küveytdə ərəb dilində gündəlik nəşr edilən və böyük oxucu kütləsinə malik “Əl-Nahar” qəzetinin 19 noyabr tarixli sayında “Azərbaycan: şairlərin onun gözəlliyinin təsvirində, tarixçilərin isə tutduğu yeri tam haqqı ilə qiymətləndirməkdə çətinlik çəkir”, “Tarixin qaymağı”, “Günlərin balı”.... “Bakı da” başlığında məqalə dərc edilib.
NUHÇIXAN-a bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.
Məqalədə qeyd olunur ki, torpağına ayaq basdığınız zaman o, ən gözəl bəzəkləri ilə zamanın dərinliklərindən gələn bir gəlinin toyunda, sevincli bir gündə olduğunuzu düşünürsünüz... və ona yaxınlaşanda, tarixin rənglərini, bugünkü parlaqlığını və təbiətin gözəlliklərini, üst-üstə düşən bir xalça kimi kompozit (bir neçə rəngi özündə birləşdirən) parça olan yaşıl paltarını görürsən... Əsl qarışıqlıq və gözəl bir ahəngdarlıqla bütün qədim sivilizasiyaların ardıcıl təbəqələri... Azərbaycanın paytaxtı Bakı, yaşıl dağ və münbit vadilər şəhəri, isti duyğuların həyəti və vücudun ruhu ilə görüşmək səhnəsi, həmçinin dirilmiş bütün xəyalları əhatə edir.
Lakin hər kəs Bakını istinasız gözəllikləri ilə sevir, Kür və Araz çaylarını görəndə onların təravətinin, gözəlliyinin özəl olduğunu düşünürsünüz, Göygöl və Sarısu, Ağ göl və Xəzərdəki digər gölləri gördükdə kainatın yerində yaradan tərəfindən çəkilmiş bədii rəsmin qarşısında durursan və səmanın rəngini səhərin şəfəqi kimi günəşin istisi ilə sarılmış kimi görürsən.
Məqalədə, Bakının geniş prospektləri, küçələri ilə gəzdikdə Opera və Balet Teatrı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Musiqi İncəsənəti Muzeyi, Bakı Caz Mərkəzi, Qız Qalası, Şirvanşahlar Sarayı, çox sayda turizm məkanları olan İçərişəhər, UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış tarixi mədəni abidələr, Gülüstan Sarayı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, ən dəbdəbəli forma və rəngli xalçaları ilə zəngin olan Azərbaycan Xalça Muzeyi, ticarət mərkəzləri, su fəvvarələri, geniş parklar, şəhərin digər füsunkar gözəlliklərini müşahidə edirsiniz. Çox sayda turistik məkanı gəzərkən, istər qədim zamanlardan gələn, istərsə də günlərin bütövləşdiyi sivilizasiya addımları ilə müşayiət olunan hadisələrin, qəhrəmanların izlərini buraxdığının şahidi olursunuz. Bu səbəbdən də istər qədim zamanlardan gələn, istərsə də günlərin bütövləşdiyi sivilizasiya addımları ilə müşayiət olunan evlərin əksəriyyətinin sivilizasiyaların, mühacirət və genealogiyanın qarışdığı muzeylərin olması təəccüblü deyildir.
Sonda qeyd olunur ki, Bakı, həqiqətən, bütün günlərinizin sevinclərinin rəngləri ilə dolu olan xəyalların vətənidir.
Məqalə ilə bu linkdən - http://www.annaharkw.com/Article.aspx?id=854992&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=20112019 tanış olmaq olar.