Moskva vilayətində MDB iştirakçı dövlətləri gənclərinin XIV Delfi Oyunları başa çatıb

A- A A+

Moskva vilayətində Delfi çempionatı formatında keçirilən MDB iştirakçı dövlətləri gənclərinin XIV Delfi Oyunları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, oyunlarda 10-25 yaş arasında 10 ölkədən gəlmiş 500-ə yaxın yaradıcı gənc iştirak edib. Oyunların proqramında 6 nominasiya - fortepiano, skripka, xalq, akademik və estrada müğənniliyi, habelə açıq nominasiya - beynəlxalq konfrans, “Biz xatırlayırıq...”, “Teatr” “MDB ölkələrində Ədəbiyyat İli” üzrə yarışlar keçirilib.

Noyabrın 25-də Moskva vilayətinin “Vegas City Hall” səhnəsində Oyunların təntənəli bağlanış mərasimi və qala-konsert keçirilib.

Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Beynəlxalq Delfi Komitəsinin direktoru Vladimir Ponyavin səhnədən salona toplaşanlara müraciət ediblər.

UNESKO məsələləri üzrə Rusiya Federasiyası Komissiyasının məsul katibi Qriqori Orconikidze RF-in Xarici İşlər naziri Sergey Lavrovun təbrik məktubunu oxuyub və Rusiyanın Xalq artisti A.Krollun rəhbərliyi ilə “Staraya qvardiya” caz-bendinin tərkibində çıxış edib.

MDB iştirakçı dövlətləri gənclərinin XV –yubiley Delfi Oyunları 2020-ci ilin aprelində Omsk vilayətində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: