Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Ordubad rayonuna qastrol səfəri edib. Səfər zamanı rayon mədəniyyət sarayında C. Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilib.
C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə hazırlanan tamaşada“Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol alıblar.