Azərbaycan Yazıçılar Birliyinin nəşrləri sırasında yazıçı Sayman Aruzun İmadəddin Nəsimi yaradıcılığına həsr etdiyi “Nəsimi” adlı fəlsəfi-psixoloji mənzum dram əsəri işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Həllac, Babək, Şeyx Heydər və Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfəkkürünü açmağa çalışıb və onun Azərbaycan cəmiyyətinin indi və gələcək həyatındakı rolundan bəhs edib. Dramın girişi ilk olaraq Nəimi və Nəsiminin sözləri ilə başlasa da, sonda Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Şah İsmayıl Xətainin kəlamları ilə sona çatır.
Əsər əruz vəznində, Nəsimi dəstixəttinə uyğun formada qələmə alınıb.