“Əl-Cəzirə” TV Naxçıvanla bağlı filmlərin yayımına başlayıb - FOTOLAR

A- A A+

“Əl-Cəzirə” media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin “Əl-Cəzirə müsafir” proqramında yayımına başlanılıb.

NUHÇIXAN xəbər verir ki, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. Bu ilin 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan sözügedən proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər hər şənbə günündən ardıcıl olaraq proqram vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-nin prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. “Əl-Cəzirə müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. 

BAMF, “Əl-Cəzirə” media şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. “Bu layihənin meydana gəlməsində “Əl- Cəzirə” media şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”, - deyə bildirən Umud Mirzəyev Azərbaycana həsr edilmiş bu möhtəşəm ekran əsərinin təqdimatının planlaşdırıldığını və azərbaycancaya tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: