Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının konserti olub. Konsert Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilib.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artitistləri Xatirə Səfərovanın, Hünər Əliyevin və digər istedadlı müğənnilərin səsləndirdiyi xalq mahnıları, muğamlar, bəstəkar mahnıları tamaşaçılarda xoş ovqat yaradıb.
Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri tərəfindən maraqla qarşılanıb.