Romanın “Westin Excelsior Rome” otelində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş ikinci Azərbaycan Mətbəxi Festivalı İtaliya mətbuatının gündəmindədir.
NUHÇIXAN xəbər verir ki, İtaliya hökumətinin, parlamentinin nümayəndələrinin, mədəniyyət, incəsənət, kulinariya aləminin tanınmış simalarının, kütləvi informasiya vasitələrinin təmsilçilərinin, habelə diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir ölkənin 30-dan çox televiziya və yazılı mətbuatında geniş işıqlandırılıb.
Festival çərçivəsində milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunub. İtalyan qonaqlar xüsusən yerli şərabları, plovu, qutabları çox bəyənərək, onların hazırlanma qaydaları olan kitablardan əldə ediblər.
Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri və şirniyyatlar da yerliləri valeh edib.
Festivalın ikinci və üçüncü günü üçün də ayrılmış biletlər tədbirin elan olunmasından sonrakı saatlarda satılıb.