Gülüstan türbəsində açıq dərs - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan türbəsində açıq dərs keçirilib. Tələbələrə türbənin tarixi haqqında ətraflı məlumat verilib.  

“Naxçıvan” Universitetinin Təbiət elmləri kafedrasının müəllimi, dosent Nazim Bababəyli bildirib ki, “Gülüstan türbəsi” XII əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Bu abidə böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarıdır. 

Qeyd edək ki, keçirilən dərslərin məqsədi qədim Naxçıvanın tarixi-memarlıq abidələrinin, mədəni irsinin gənclərə tanıdılması və  muxtar respublikanın turizm potensialını təbliğ etməkdir.


                                                                      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: