“Naxçıvan” Universitetinin tələbələrinə Heydər Əliyev Muzeyində açıq dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq dərs olub.
Universitetin “ Xarici dillər” kafedrasının müəllimləri Könül Babayeva və Ruqiyyə Kərimova ingilis dilində keçirilən açıq dərsdə ümummilli liderin bütün həyat və fəaliyyəti ilə bağlı geniş məlumat veriblər. Qeyd olunub ki, Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Sonda tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Seyfur Hacımuradov