Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olacaq.
NUHÇIXAN xəbər verir ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Təqdimat mərasimində çıxışçılar Hüseyn Cavad yaradıcılığından, onun sözlərinə bəslənilən musiqi nömrələrindən söhbət açacaq, kitab haqqında fikirlərini bölüşəcəklər.