İtaliyanın turizm portalında Azərbaycandakı palçıq vulkanları barədə məlumat verilib - FOTOLAR

A- A A+

İtaliyanın video.corriere.it portalında Azərbaycandakı palçıq vulkanları barədə məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalə təqdimat xarakterli videomaterial ilə də əhatə edilib.

Bildirilir ki, Qobustan Dövlət Tarixi və Bədii Qoruğunun ərazisində yerləşən palçıq vulkanları minlərlə turist cəlb edir və 2007-ci ildə bu qoruq UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olunub. Azərbaycanın palçıq vulkanları öz unikallığı ilə seçilir. Ölkədə 400-dən çox vulkan vardır.

Belə təxmin edilir ki, dünya palçıq vulkanlarının üçdə biri Azərbaycanda yerləşir.

Qeyd olunur ki, hər il minlərlə turist cəlb edən Azərbaycanın palçıq vulkanları sadəcə gözəlliyi və heyrətamizliyi ilə fərqlənmir, həm də resurs kimi istifadə olunur. Onun tərkibində qaz və neft də mövcuddur. Vulkan püskürmələrindən yaranan lava, palçıq və maye kimi maddələr sənayedə xammal kimi istifadə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: