Polşanın roslinozerniurlopowicze.blogspot.com kulinariya bloqunda Azərbaycan mətbəxində əsas yerlərdən birini tutan çay dəsgahının əvəzolunmazlarından olan heyva mürəbbəsi barədə yazılıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə heyvanın əsasən Azərbaycan və Türkiyə mətbəxində geniş istifadə olunduğu qeyd olunur. Bildirilir ki, türklər onu qaymaq və şəkərlə yeyilən desert kimi istifadə edirlər, lakin Azərbaycanda heyva bir çox reseptlərdə əksini tapıb. Məsələn, heyvadan kompot, çay dəsgahlarının əvəzolunmazı olan mürəbbə, cem, hətta sirkəli turşu hazırlanır.
Yazıda Azərbaycanda bişirilən mürəbbələrin çeşid çoxluğundan da bəhs edilir. Ağ gilas, qarpız, zeytun, qoz mürəbbələri polşalı müəllifin məqaləsində qeyri-adi mətbəx nümunələri kimi təqdim edilir.