Yığmamız “AGF Junior Trophy”yə bürünclə başladı

202

Bakıda gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışına start verilib.

NUHÇIXAN xəbər verir ki, paytaxtımızda ilk dəfə təşkil olunan turnirin birinci günü yığma komandamız üçün uğurlu alınıb.

Belə ki, millimiz komanda hesabında fərqlənərək, bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayıblar. Komanda yarışlarında qızıl medala Rusiya, gümüş medala isə Belarus komandası layiq görülüb.

Gənc və perspektivli gimnastımız Arzu Cəlilova həmçinin icra üzrə ən yüksək xal alaraq “AGF Trophy” kubokuna da yiyələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: