NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərovun müəllifi olduqları rəsm əsərləri muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edilib.
Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan rəssamlıq məktəbinin davamçıları olan hər iki rəssam muzey ekspozisiyalarını bir-birindən dəyərli rəsm əsərləri ilə zənginləşdirirlər.
Əməkdar rəssamlar Telman Abdinov və Əli Səfərli hədiyyə etdikləri rəsm əsərlərinin tarix və mədəniyyətimizin saxlanc yeri olan muzeylərdə layiqincə mühafizə olunaraq gələcək nəsillərə çatdırılacağına əmin olduqlarını bildirib və bundan sonra da muzeylərlə əlaqələrini davam etdirəcəklərini qeyd ediblər.
Sonda hədiyyə olunan rəsm əsərlərinin sərgisinə baxış keçirilib.
Röyal Kərimov