Serbiyada azərbaycanlı dirijorun rəhbərliyi ilə klassik musiqi əsərləri səsləndiriləcək

A- A A+

“Belqrad-Qış” festivalı çərçivəsində Serbiyanın paytaxtında yerləşən “Savov” mədəniyyət mərkəzində dünya bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunacaq.

NUHÇIXAN xəbər verir ki, festivalın dekabrın 31-dəki konsertində yerli ifaçılarla yanaşı, xaricdən dəvət edilmiş musiqiçilər də iştirak edəcək. Konsertin klassik musiqi hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə görkəmli bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.

Konsertə giriş pulsuzdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: