Türkiyənin Qars şəhərində Nəsiminin 650 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

Türkiyənin Qars şəhərindəki Baş konsulluğumuz buradakı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə birgə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Məndə sığar iki cahan” mövzulu tədbir keçirib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyə uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiya nümayiş olunub.

Tədbirdə baş konsul Nuru Quliyevin, Qafqaz Universitetin dosenti Çulpan Çetinin və universitetin müəlliməsi Könül Quliyevanın çıxışları dinlənilib. Çıxışlarda İmaddədin Nəsimi şəxsiyyətinin bütövlüyündən və bənzərsiz yaradıcılıq üslubundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunur. Tarixdə ilk dəfədir ki, Nəsiminin həyat və yaradıcılığı dünya ictimaiyyətinə bu qədər geniş və əhatəli şəkildə çatdırılır. Müxtəlif dillərdə kitabları nəşr olunur, rəngarəng tədbirlər, mərasim və konfranslar keçirilir.

Sonda Qafqaz Universitetinin tələbələri İmadəddin Nəsiminin şeir və qəzəllərini söyləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: