NUHÇIXAN xəbər verir ki, Şahbuz rayon Mədəniyyət Sarayında gənc müğənni Leyla Babazadənin solo konserti olub. Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən konsertdə gənc müğənnini Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı müşayiət edib.
Müğənninin ifa etdiyi “Mərd İlham oğlu”, “Necə unudum səni”, “Ala gözlüm ”, “Ay qız”, “Bahar nəğməsi”, “Gün keçdi”, “Bilməzdim” alqışlarla qarşılanıb.