Xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyi münasibətilə virtual sərgi açılıb - FOTOLAR

A- A A+

Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

Milli Arxiv İdarəsindən NUHÇIXAN-a bildirilib ki, sərgidə dahi sənətkarın həyat və fəaliyyətinə aid olan bir sıra sənədlər və fotoşəkillər yer alıb.

Hüseynqulu Sarabski yüksək səhnə ustalığı və dərin musiqi biliyi sayəsində adını Azərbaycan milli incəsənət tarixinə qızıl hərflərlə yazdırmağa nail olub.

Hələ uşaqlıqdan böyük musiqi marağı və məlahətli səsi ilə tanınan Hüseynqulu Sarabski kiçik yaşlarından rövzəxanları və xanəndələri dinləyər, əzbərlədiyi mərsiyə və qəsidələri, mahnı və muğamları ustalıqla ifa edərdi. Həvəskarlar tərəfindən “Xan Sarabi” adı altında səhnələşdirilmiş dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasına ilk dəfə tamaşa etdikdən sonra özünün gələcək sənət adını – Sarabskini seçib.

Səhnə fəaliyyəti həvəskar teatr truppalarından başlayan H.Sarabski tamaşaların birində ifa etdiyi “Hicaz” muğamı ilə onu izləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edib.

Otuz ildən artıq olan səhnə yaradıcılığı dövründə neçə-neçə opera və operettalarda əsas partiyaların ifaçısı olmasına baxmayaraq, o, hər kəsin yaddaşında milli səhnəmizin Məcnunu kimi həkk olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: