“Oskar” mükafatının təqdimat mərasimi bu dəfə də aparıcısız olacaq

A- A A+

Fevralın 9-da Los-Ancelesdə keçiriləcək 92-ci “Oskar” mükafatının təqdimat mərasimi bu il də aparıcısız olacaq. Amerika Kino Akademiyası 24 nominasiyada mükafatlar təqdim edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat akademiyanın “Twitter” səhifəsində verilib.

Məlumatda, həmçinin bildirilib ki, mərasimdə kino ulduzlarının çıxışları və digər maraqlı nömrələr olacaq.

Qeyd edək ki, bundan öncə “Oskar” mərasiminin aparıcısız keçməsi 1989-cu ildə olub və açılış nitqi əvəzinə 11 dəqiqəlik videoçarx təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: