Türkiyənin paytaxtı Ankara şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi sərgi açılacaq.
NUHÇIXAN xəbər verir ki, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.
M. Əliyevin sözlərinə görə, bu sərgidə onun 32 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, rəssamın Türkiyədə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər onun fırça yaradıcılığında əsas mövzudur.