Qazax xalqının görkəmli şairi Abay Kunanbayevin bu il anadan olmasının 175 illiyi qeyd ediləcək. Abay adını dünyaya tanıtmaq məqsədilə şairin yaradıcılığına həsr olunmuş beş yüzdən çox tədbirin keçirilməsi planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə şairin doğma Semey şəhərinə xüsusi status veriləcək.
Həmçinin bu ilin avqust ayında şairin anadan olduğu şəhərdə UNESKO ilə birgə “Abay irsi və dünya mənəviyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Qeyd edək ki, ötən ilin noyabrında Qırğızıstanın Oş şəhərində TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında 2020-ci il “Abay Kunanbayev ili” elan edilib.