Özbəkistan portalında İmadəddin Nəsimi haqqında məqalə yerləşdirilib

A- A A+

Özbəkistanın interpress.uz portalında görkəmli şair İmadəddin Nəsimi haqqında özbək dilində “Dünyanı zəbt edən Azərbaycan şairi” sərlövhəli məqalə yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə ötən ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Nəsimi ili” elan olunması, bu məqsədlə ölkəmizlə yanaşı, xarici ölkələrdə də çoxsaylı tədbirlərin həyata keçirilməsindən bəhs olunub.

Materialda deyilir ki, Nəsimi yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.

Yazıda vurğulanır ki, Azərbaycan ədəbiyyatında, həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edilib. Vurğulanır ki, Azərbaycanda Nəsiminin adını daşıyan institut, rayon, küçə, məktəb, metro var, “Nəsimi” adlı film çəkilib.

Bildirilir ki, şairin əsərləri Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazanıb.

Qeyd olunur ki, Özbəkistanda İmadəddin Nəsimi çox sevilir. Keçən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə şairin “Cananı sevərmən” kitabı özbək dilində çap edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: