NUHÇIXAN xəbər verir ki, iyun ayının 16-da saat 17:00-da Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında-Möminə Xatın türbəsinin qarşısında konsert proqramı olacaq. Konsertdə Bakı şəhərindən dəvət olunmuş müğənnilər Elton Hüseynəliyev və Əli Pormehr maraqlı repertuarla çıxış edəcəklər.
Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə təşkil edilən konserti arzu edən hər kəs izləyə bilər.