Rəsm müsabiqəsinin rayon mərhələlərinin qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək və Kəngərli rayonlarında “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin  rayon mərhələləri keçirilib.

Sədərək rayonunda ümumilikdə 90 şagirdin iştirak etdiyi müsabiqədə “Naxçıvan dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan” və “Naxçıvan Muxtar Respublikası-95” mövzularında müxtəlif əl işləri sərgilənib. Təsviri və dekarativ-tətbiqi sənət müsabiqələri üzrə qalib olan şagirdlər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla  mükafatlandırılıblar.

Sonda sərgilənən əl işlərinə baxış olub.

Kəngərli rayonunda təşkil olunan müsabiqədə isə müxtəlif əl işləri ilə 58 şagird iştirak edib. Münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirmə aparılıb. Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsində 5 həvəsləndirici yer olmaqla, ümumilikdə 22 qalib müəyyənləşdirilib. 

Sonda müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib və sərgiyə baxış olub.

                                                                              Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: