Bəhruz Kəngərli yaradıcılığı gənc rəssamların gözü ilə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü münasibətilə məktəbdənkənar müəssisələrin rəsm müsabiqəsi keçirilib

Müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev bildirib ki, 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli sonra özündən sonra zəngin irs qoyub. 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. Diqqətə çatdırıb ki, o, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun şəkildə əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir.

Sonra gənc rəssamlar Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən slayda baxıblar.

Tədbirin davamında gənclər öz bacarıqlarını nümayiş etdirib, qaliblər təşkilatçıların diplomları ilə  mükafatlandırılıblar.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: