Rəssam Nəriman Əliyev xatirələrdə

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Nəriman Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə tədbirdə bildirilib ki, istedadı və təxəyyülü ilə təsviri sənətdə özünəməxsus yaradıcılıq yoluna sahib olan Nəriman Əliyev 1948-ci il avqust ayının 14-də Naxçıvan şəhərində dünyaya göz açıb, ilk təhsilini də elə doğulduğu Naxçıvan şəhərində alıb.

Dinamik və məhsuldar rəssamlardan olan Nəriman Əliyev 1975-ci ildə Azərbaycan, 1981-ci ildə isə SSRİ Rəssamlar Birliyinin üzvü seçilib.Rəssam 2002-ci il yanvar ayının 26-da əbədiyyətə qovuşub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Məmmədəli Ələkbərov, Həmzə Sadiqov Nəriman Əliyevin istedadından, təbiətə olan vurğunluğundan, öz fırçası ilə rəsm sənətində qoyduğu bənzərsiz izlərdən danışıblar.

Sonra rəssamın həyat yoldaşı Rəna Əliyeva və yaxınları rəssamla bağlı xatirələrindən danışıblar.

Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: