Erik Berdoati: Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq

A- A A+

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Paris Sülh Konfransında iştirak ediblər. Bu gün məzarın ziyarət etdiyimiz Əlimərdan bəy Topçubaşov həmin nümayəndə heyətinin rəhbəri olub.

NUHÇIXAN xəbər verir ki, bu fikri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edən Paris yaxınlığındakı Sən Klu şəhərinin meri Erik Berdoati AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq. Eyni zamanda, Azərbaycan caz musiqiçilərinin konserti təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: