Muzey işçiləri üçün mühazirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində muxtar respublikanın bir sıra muzey əməkdaşlarının iştirakı ilə “Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliğ edilməsi” mövzusunda mühazirə keçirilib.
Muzeyin direktoru Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək ətraflı məlumat verib.
Qeyd olunub ki, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələlərdəndir. Azərbaycan gənclərinin də günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Həmin siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu müstəqillik, dövlətçilik, həmçinin azadlıq və onların qorunması uğrunda mübariz ruhlu nəslin yetişdirilməsindən ibarət olub.
Sonda tədbir iştirakçıları muzeyin zəngin ekspozisiyası ilə tanış olublar.
Ərhan Novruzov