Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunur.
NUHÇIXAN xəbər verir ki, yanvarın 30-dan fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək və əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.
2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 8, 6 faiz artım deməkdir.