“Transversality 2020” fotomüsabiqəsi elan olunub

A- A A+

“Transversality 2020” foto müsabiqəsi elan olunub.

NUHÇIXAN xəbər verir ki, müsabiqəyə təqdim edilən fotolar dünyanın müxtəlif yerlərində baş verən dəyişikliklərə fərqli baxışları, sosial təşkilat və məkanın fərqli üslublarını, ən çox məskunlaşan şəhərlərdə və ya kənd yerlərində, ən ucqar ərazilərdə özünü göstərən davamlılıq və dəyişkənliyi, arxaizm və innovasiyaların əlamətlərini tutmağa imkan yaratmaq məqsədilə qitələrin ərazilərinin, cəmiyyətlərinin və mədəniyyətlərinin müxtəlifliyini əks etdirməlidir.

Fotoşəkillər landşaftlar, biomüxtəliflik və təbii irs; kənd əraziləri, kənd təsərrüfatı və məskunlaşma; şəhər və urbanizasiya prosesi; mədəniyyət və cəmiyyət - mədəni müxtəliflik və sosial inkluziya mövzularından birinə istinad etməlidir.

Qeydiyyat pulsuzdur. Hər namizəd yalnız bir müsabiqə mövzusuna dair altı fotoşəkildən ibarət portfel təqdim edə bilər. İştirakçı fotoşəkillərin orijinallığına, əvvəllər dərc olunmadığına və ya əvvəlcədən hər hansı müsabiqədə mükafat qazanmış olmadığına zəmanət verməlidır.

Ən yaxşı və tam təqdim edilmiş portfel üçün əsas qalib (1 nəfər) 1500 avro məbləğində mükafat qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: