Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir

A- A A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə aviabiletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətlərinin Ermənistanın “Anriva Tour” şirkətinə keçməsini əsas götürərək vətəndaşlara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.

Assosiasiyadan NUHÇIXAN-a bildirilib ki, qurum martın 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçirəcək.

Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq.

Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə “Anriva Tour” şirkətinə alternativ olaraq məhz bu marşrutdan istifadə etməyi tövsiyə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: