Şahbuzlu məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər - FOTOLAR

A- A A+

Şahbuzda rayonun ümumtəhsil məktəblərində təhsil alan istedadlı gənclərin  bacarıqlarının nümayiş etdirilməsi ilə bağlı tədbir təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərindəki  ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında baş tutan tədbirdə  rayonun uşaq musiqi məktəblərinin şagirdləri  və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri  öz bacarıqlarını nümayiş etdiriblər.

Bədii hissədə Şahbuz şəhər və Kolanı kənd uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnıları ifa ediblər.  Uşaq Gənclər Yaradıcılıq mərkəzinin dərnək  üzvləri isə “Uzundərə”,” “Sarı gəlin”, “Naz eləmə”  kimi rəqsləri oynayıblar.

Sonra rayon təhsil şöbəsinin əhatə etdiyi məktəbdənkənar müəssisələrə cəlb edilən  istedadlı uşaqların hazırladıqları əl işləri-rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri sərgilənib. Uşaq və yeniyetmələr  arasında şahmat yarışı da keçirilib.

                                Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: