Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün tanınmış yazıçı Əyyub Abbasovun “Keçinin qisası” tamaşası göstərilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı göstərilən tamaşa uşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.