NUHÇIXAN xəbər verir ki, filmdə izləyicilərə Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikanın qədim və zəngin tarixi, coğrafiyası, mədəniyyəti haqda ətraflı məlumat verilir. Ölkəmizin tarixi abidələrini, milli mətbəx nümunələrini, milli sənət incilərini heyranlıqla izləyən aparıcı Şifa Yusifzai Naxçıvan səyahətinə ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsi və muzeyi haqqında məlumat verməklə başlayır.
Filmdə Naxçıvanın maraqlı görüntüləri, xüsusilə dron videokamera ilə çəkilən kadrları diqqəti çəkir. Aparıcının təqdimatında Heydər Əliyev Muzeyi, Möminə xatın türbəsi, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi, Əshabi-kəhf ziyarətgahı, Naxçıvan körpüləri və qalaları, təbiət-turizm potensialı haqqında geniş məlumat izləyicilərə təqdim edilir. Azərbaycanın milli musiqisi fonunda xalça toxuculuğuna diqqət çəkilir.
Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə hazırlanan 38 dəqiqəlik film urdu dilində yayımlanıb və geniş izləyici kütləsi tərəfindən maraqla qarşılanıb.
Filmə bu linkdən baxa bilərsiz.