Xocalı soyqırımı dünya portallarında

A- A A+

İsrailin “Aziznews”, Ukraynanın “Everyday”, İranın “Tabrizema.ir”, Gürcüstanın “Brandnews.ge” portalları bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı videomaterial yerləşdirib.

NUHÇIXAN xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanan videomaterialda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi qətliamın canlı şahidi olmuş tanınmış Litva jurnalisti, “Ladziyay ulduzu” ictimai-siyasi qəzetinin baş redaktoru Riçardas Lapaytisin hadisə ilə bağlı fikirləri təqdim olunub.

Videosüjet ingilis və Azərbaycan dillərinə tərcümə edilmiş titrlərlə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: