“Qış möcüzəsi” sona çatıb - FOTOLAR

A- A A+

Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında keçirilən “Qış möcüzəsi” adlı foto-müsabiqəyə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının qış mövsümü üçün uyğun olan turizm imkanlarının təbliği, muxtar respublikada yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağ və xiyabanların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın tanıdılmasında, təbliğində fəallığının artırılması , istedadlı gənclərin üzə çıxarılmasıdır.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Rəssamlar Birliyinin üzvü Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat veriblər. Keçirilən müsabiqələrin muxtar respublikanın turizm məkanlarının tanıdılmasında böyük rol oynadığını bildiriblər. Gəncləri muxtar respublikada turizmin inkişafı ilə bağlı görülən işlərdə yaxından iştirak etməyə çağırıbar.

Sonda münsiflər heyətinin qərarına əsasən Məmmədli Kamil, Məmmədli Pünhan birinci yerə, Əsədov Elşad, Əliyeva Türkan ikinci yerə, Tağızadə Günel, Həsənli Nahid, Novruzov Sadiq üçünçü yerə, Cabbarov Cabir, Cəbiyev Azər, Nəcəfova Firəngiz, Qaracayeva Nurlana, Yəhyayaeva Güllü foto müsabiqədə həvəsləndirici yerlərə layiq görülüblər.

Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə yanvar ayından start verilən foto-müsabiqəyə 50 müəllifin 100-dən çox foto şəkili təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: