Misirdə yeni mumiyalar məskəni aşkar edilib

A- A A+

Misirin tarixi abidələrlə zəngin olan Luksor şəhərinin yaxınlığındakı Tuna əl-Gebel rayonunda antik nekropollar tapılıb. Onların içərisində daş tabutlar və mumiyalar aşkar edilib. Bu barədə Misirin Qədim Abidələr Nazirliyi məlumat yayıb.

NUHÇIXAN xəbər verir ki, bu unikal tapıntılar haqqında "Live Science" elmi nəşrində geniş məqalə dərc olunub. Mumiyaların Qədim Misirin son dövrlərinə - eramızdan əvvəl 747-30-cu illərə aid olduğu bildirilir. Arxeoloqlar ehtimal edirlər ki, onlar Ptolemey sülaləsinin, o cümlədən onun son fironu VIII Kleopatranın qulluqçularının mumiyalarıdır.

Alimlər qeyd ediblər ki, Roma İmperiyası qoşunlarının Qədim Misiri mühasirəyə aldığı vaxt öldürülən və ya intihara məcbur edilən qulluqçular əyanlara layiq şəkildə dəfn ediliblər. Belə ki, mumiyaların yanında 700-dən çox qızıl və digər metallardan olan zinət əşyaları da tapılıb. Bundan başqa, tabutlarda keramik heykəlciklər də aşkar edilib.

Tapılan mumiyalardan birinin isə yüksək rütbəli kahinə, yaxud onun köməkçisinə aid olduğu bildirilir. Arxeoloqlar qeyd ediblər ki, Qədim Misirdə qulluqçuların meyitlərinin da mumiyalanması ənənəsi olub. Fironların və əyanların inancına görə onlar ölümdən sonrakı həyatda da öz sahiblərinə xidmət edirlər. Fironların son dövründə isə bu inanclar xeyli dəyişib. Eramızdan əvvəl 1975-1640-cı illərdə fironların və əyanların sərdabəsində qulluqçuların keramik heykəlciklərini qoyublar.

Misir hökuməti unikal mumiyaların tapıldığı ərazini abadlaşdırmağı və turizm obyektləri siyahısına daxil etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: