İçərişəhərdə “Azərbaycan məscidləri” adlı fotosərgi açılacaq

A- A A+

Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan”

qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı fotosərginin keçirilməsi ilə əlaqədar

işlərin qəbulunu elan edib.

NUHÇIXAN xəbər verir ki, “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, fotosərgilər, layihələr və müsabiqələr keçirir. Bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atılır.

Layihənin ideya müəllifi Dadaş Məmmədovdur.

Həvəskar və peşəkar fotoqrafların iştirak edəcəyi fotosərgi martın 19-dan aprelin 1-dək davam edəcək. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Sərgidə iştirak etmək istəyənlər fotolarını martın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: