Qazaxıstanın Çimkənt şəhərində cari martın 20–də keçirilməsi nəzərdə tutulan MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman naziri Aktota Raimkulova koronavirusun yayılması, təhlükəsizliyin qorunması səbəbindən nəzərdə tutulan 2020–ci il Çimkənt mədəniyyət paytaxtı ilinin rəsmi açılışın keçirilməyəcəyini bəyan edib. Nazir bildirib ki, vəziyyət stabilləşdikdən sonra tədbirin keçirilməsi haqda məlumat veriləcək.
Qeyd edək ki, Qazaxıstanın Çimkənt şəhərində “Mədəniyyət ili” çərçivəsində ümumilikdə 40-a yaxın tədbir, incəsənət xadimlərinin konsertləri, "Böyük İpək Yolu" sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının birinci Beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılmışdı.
Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.