Tacikistanın avesta.tj portalında Novruz bayramı haqqında məqalə yer alıb

A- A A+

Tacikistanın avesta.tj portalında rus dilində “Novruz Azərbaycanda sevimli bayramlardan biridir” sərlövhəli məqalə verilib.

NUHÇIXAN məqaləyə istinadla xəbər verir ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

Yazıda Novruz bayramının tarixi haqqında məlumat verilir, bildirilir ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz Azərbaycan xalqının zəngin mənəviyyatının və humanizm ideyalarının təzahürüdür. Novruz bayramı lap qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də təbiətin oyanması, sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

Məqalədə Novruz bayramında bişirilən milli yeməklərimizdən və şirniyyatlardan danışılır, həmçinin ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bayramın yüksək səviyyədə qeyd edildiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: