“TRT AVAZ” televiziya kanalında Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib - FOTOLAR

265

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəsi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

NUHÇIXAN xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin zəngin mənalı ömründən bəhs olunur. Milyonçunun bütün həyatını əks etdirən kadrlara aid mətinlərdə onun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə tamaşaçılara müfəssəl məlumat verilib.

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin həmişəyaşar adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: