Bakı Media Mərkəzinin Novruz bayramına qeyri –adi hədiyyəsi - VİDEO

A- A A+

Bayram ərəfəsində birdən –birə internet məkanında, xüsusilə sosial şəbəkələrdə peyda olan qeyri-adi Novruz videoları rastımıza çıxıb. Kəndirbazın “Alov qüllələri” üzəridəki təhlükəli keçidi, milli papaq formasında böyük Novruz xonçasının mərkəzi Azneft meydanını bəzəməsi, metropolitenin xidmətindən istifadə edən qoz, fındıq, badam “komandası”, piyada keçidindən yuvarlanaraq keçən rəngli yumurtalar, şəkərbura yelkənli paxlava -qayıq və s. Sadə vətəndaşlar və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanan bu videolar Bakı Media Mərkəzinin Novruz bayramına qeyri-adi hədiyyəsidir.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, qurumun yaradıcı kollektivi xalqımızın ən sevimli bayramının atributlarını məhz belə fərqli formada izləyicilərə təqdim etmək qərarına gəlib. Bu videolar, bir anda bəşəriyyətin “baş bəlasına” çevrilən –koronavirus xəstəliyinin bütün dünyada tüğyan etdiyi bir dövrdə insanları təmkinli olmağa, onların əhvalını daim yüksək tutmağa yardım edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: