F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə bütün uşaqları təbrik edib.
NUHÇIXAN xəbər verir ki, hər il Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik mərkəz sayılan F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqları bu əlamətdar tarixdə həyata keçirdiyi müxtəlif layihələri ilə sevindirib.
Kitabxana, 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür və hər il “Milli Uşaq Kitabı Sərgisi” təşkil etməklə, Azərbaycanda çap olunan uşaq ədəbiyyatı nümunələri ilə oxucuları maarifləndirir, kitabın və kitabxananın imicinin yüksəlməsinə zəmin yaradır.
Qeyd edək ki, bu əlamətdar gün 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin şərəfinə təsis edilib.