Naxçıvanda muzeylər onlayn xidmət göstərirlər

A- A A+

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan digər müəssisələr kimi muzeylər də onlayn fəaliyyətə başlayıblar.

Nazirliyin naxcivan_muzeyleri instagram səhifəsində muzeylərlə bağlı müxtəlif paylaşımlar edilir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən muzeylərdən qısa virtual ekskursiyalar hazırlanaraq Nazirliyin saytında və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisələrin sosial şəbəkə hesablarında paylaşılır. Eyni zamanda görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, əlamətdar və tarixi günlər, milli adət-ənənələr haqqında məlumatları, video materialları da muzeylərin sosial şəbəkə hesablarından  izləyə bilərsiniz.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: