NUHÇIXAN İnformasiya Agentliyini xəbər verir ki, bu gün Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün konserti olub. Konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanıb.
Əsasən onlayn izlənilmə üçün təşkil edilən konsertdə “Şur” və “Mahur”, “Şüştər” təsnifləri və xalq artisti Əlibaba Məmmədovun “Ağrıma ürəyim” mahnısı izləyicilərə təqdim edilib.
Konsertdə Şəfiqə Axundovanın “Mehriban olaq” , Ələkbər Tağıyevin “Qonşu qız” mahnıları ilə yanaşı “Aman təklik əlindən” “Ay qız” və “Bülbüllər oxur” kimi xalq mahnıları da səsləndirilib.
Bir saata yaxın davam edən konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ötən həftədən etibarən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlayıb.
Röyal Kərimov