Sudan səfiri: Naxçıvan tarix, mədəniyyət və turizm baxımından İslam dünyasında əhəmiyyətli məkandır

A- A A+

Biz Azərbaycana hərtərəfli inkişaf edən İslam ölkəsi kimi baxırıq. Belə ki, Azərbaycan İslam mədəniyyətinə tarix boyu çox böyük töhfələr verib. Azərbaycanın gözəl guşəsi olan Naxçıvan da tarix, mədəniyyət və turizm baxımından İslam dünyasında əhəmiyyətli məkandır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan Sudan Respublikasının Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallay deyib.

“Mənim üçün belə bir tədbirdə iştirak etmək böyük bir şərəf idi. Çünki bu, mühüm əhəmiyyətə malik bir hadisədir. Naxçıvanı, onun sahib olduğu mədəniyyəti yaxından tanımaq fürsəti əldə etdiyim üçün çox şadam” - deyən səfir vurğulayıb ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Azərbaycanın islami dəyərlərə malik, dünyəvi dəyərlərə bağlı tolerant ölkə olması ilə əlaqədardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: