Muzeylər üçün yeni vəsait çap olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində “Naxçıvan Muxtar Respublikasının Muzeyləri” kitabı işıq üzü görüb.

Kitabda Naxçıvanda yaradılmış 30 muzey haqqında Azərbaycan və ingilis dillərində ətraflı məlumatlar və onların şəkilləri yerləşdirilib. Kitabın birinci səhifəsində Heydər Əliyev muzeyi haqqında məlumat verilib.

Duz muzeyi, Naxçıvan Dövlət Tarix, Ədəbiyyat, Dövlət Bayrağı, Xalça muzeyləri, Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xatirə muzeyi, görkəmli mütəfəkkirlər Hüseyn Cavidin və Cəlil Məmmədquluzadənin, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Ev Muzeyləri, Bəhruz Kəngərli Muzeyi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və muxtar respublikamızın rayonlarında yaradılmış muzeylər barədə məlumatlar da kitabda yer alır.

“Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində çap olunan kitab muxtar respublikamızdakı muzeylər haqqında ətraflı məlumat almaq üçün dəyərli mənbədir.

Xatırladaq ki, son illər Naxçıvan Muxtar Respublikasında əhalinin, idarə, müəssisə və təşkilatların muzeylərə marağı artıb. Hər həftənin şənbə günləri bütün muzeylər mütəşəkkil şəkildə ziyarət olunur.

                                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: