Türkiyənin “Yeni şafak” qəzeti istiqlal şairimiz Əhməd Cavadla bağlı məqalə yayıb

A- A A+

Türkiyənin nüfuzlu “Yeni şafak” qəzeti Azərbaycanın istiqlal şairi Əhməd Cavadla bağlı məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə böyük şairin şərəfli mübarizə yolu, Azərbaycan və Türkiyə üçün canını fəda etmək qədər şücaəti, o cümlədən nadir yaradıcılıq üslubu və faciəli həyatından bəhs olunur. Türkdilli oxuculara məlumat verilir ki, böyük şairin poeziya yaradıcılığında Azərbaycanın istiqlalı ana xətt olduğu kimi Türkiyəyə və tükçülüyə ehtiram da o qədər yüksəkdə olub.

Məqalənin linkində Əhməd Cavadın xilaskar Qafqaz İslam Ordusunun tarixi missiyasına həsr etdiyi şeirə bəstələnən musiqinin ifasının “TRT AVAZ” təqdimatı da özünə yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: